Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah bu ərazilərdə qaz olmayacaq
SOSİAL
21:14 25.12.2018
3350
Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyindən AZXEBER.COM-a verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Xırdalan şəhəri 25-ci məhəllə ərazisində yeni çəkilmiş diametri 160 millimetrlik polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 26-da saat 10:00-dan təmir işləri tamamlananadək Abşeron rayonunun Xırdalan şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan təmir işlərinin Masazır qəsəbəsi və Xəzər rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür.

Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.
OXŞAR XƏBƏRLƏR