Bakıda sərnişin avtobusu qəzaya uğradı

Bakıda sərnişin avtobusu qəzaya uğradı
SOSİAL
21:18 28.12.2018
5251
Bakıda aeroport yolunda yol qəzası baş verib.

AZXEBER.COM bildirir ki, hadisə şahidlərinin "report"a verdiyi məlumata görə, KİA markalı avtomobil hərəkətdə olarkən 160 saylı sərnişin avtobusunun qarşısına çıxıb və avtobus avtomobilə çırpılıb. KİA-dan qopan metal parçası arxadan gələn digər avtomobilə dəyib və həmin avtomobilin təkəri partlayıb.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR