18 yaşlı gənc bıçaqlandı

KRİMİNAL
10:27 04.01.2019
4644
Bakıda 18 yaşlı gənc bıçaqlanıb.

AZXEBER.COM-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə yanvarın 3-də Suraxanı rayonunda baş verib.

2001-ci il təvəllüdlü Əhmədov Vüsal Ədalət oğlu döş qəfəsindən bıçaq yarası ilə Sabunçu rayon 3 saylı Klinik Xəstəxanasına yerləşdirilib. 

V.Əhmədovu səhhətinə görə dindirmək mümkün olmayıb. Onu kimin vurduğu hələlik istintaqa məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

OXŞAR XƏBƏRLƏR