Bakıda niyə göz-gözü görmür ? - Rəsmi açıqlama

Bakıda niyə göz-gözü görmür ? - Rəsmi açıqlama
SOSİAL
13:39 21.01.2019
5801
Hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə edilir. 

AZXEBER.COM xəbər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova hadisə ilə bağlı sputnik.az-a açıqlamasında deyib ki, dumanın tədricən zəifləyəcəyi gözlənilir.

"Bu günlə yanaşı yanvarın 22-də də mövcud hava şəraiti, yəni duman müşahidə ediləcəyi istisna olunmur", - deyə o bildirib.

"Gecə və səhər saatlaırnda hava temperaturu arasında fərqin olmaması inversiya qatının yaranmasına səbəb olub. Hazırda bununla əlaqədar olaraq paytaxtda duman müşahidə edilir" - G.Məmmədova əlavə edib.

Nazirlikdən verilən məlumatda mövcud hava şəraitinin toz qatı ilə əlaqəli olmadığı vurğulanıb.
 

OXŞAR XƏBƏRLƏR