Liftdə qalan 2 nəfər xilas edildi

Liftdə qalan 2 nəfər xilas edildi
SOSİAL
23:06 10.02.2019
6849
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

AZXEBER.COM FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər. Əməliyyat başa çatıb. 
OXŞAR XƏBƏRLƏR