Hava ilə bağlı - Xəbərdarlıq

Hava ilə bağlı - Xəbərdarlıq
SOSİAL
16:33 14.02.2019
4896
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava ilə bağlı xəbərdarlıq yayıb.

Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.

Azərbaycanın rayonlarında fevralın 14-ü axşamdan 17-si gündüzədək havanın qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
OXŞAR XƏBƏRLƏR