Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi
SOSİAL
10:59 27.03.2019
5480
Daxili İşlər Nazirliyinin Maliyyə-plan idarəsinə rəis təyin edilib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri daxili işlər naziri, general-polkovnik Ramil Usubov imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Ramil Baloğlanov təyinat alıb.

O, bundan əvvəl Maliyyə-plan idarəsinin rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bir müddət əvvəl Ramil Usubovun əmrinə əsasən, DİN-in Maliyyə-plan idarəsinin rəisi, polis polkovniki Səxavəddin Abdullayev təqaüdə göndərilib.
OXŞAR XƏBƏRLƏR