Bu ərazilərdə işıq olmayacaq

Bu ərazilərdə işıq olmayacaq
SOSİAL
10:26 26.04.2019
4321
Bu gün saat 11.00-dan 15.00-dək Qaradağ rayonu Müşfiqabad qəsəbəsi yaşayış binaları, Yeni Müşfiq massivi həyət evləri, 28 May qəsəbəsi, Müşfiqabad-Sumqayıt yolunun sağ və sol hissələrindəki həyət evlərinə elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranacaqdır.

"Azərişıq" ASC-dən AZXEBER.COM-a verilən məlumata görə, fasilə Xırdalan hava elektrik verilişi xəttində aparılan yenidənqurma və təmir işləri ilə əlaqədardır.

"Azərişıq" ASC yaranmış narahatlığa görə istehlakçılardan üzr istəyir
OXŞAR XƏBƏRLƏR