2600 manat müavinət kimlərə ödəniləcək?

2600 manat müavinət kimlərə ödəniləcək?
SOSİAL
11:05 22.09.2025
921
Azərbaycan Prezidentinin imzaladığı Fərmana uyğun olaraq Nazirlər Kabineti valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat birdəfəlik müavinətin ödənilməsi qaydalarını təsdiq edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, yeni qaydalara əsasən, həmin vətəndaşlarımız təhsil pillələrini başa vuran zaman dövlət büdcəsindən maliyyə dəstəyi əldə edəcəklər: "Əvvəllər həmin şəxslər mövsümi paltar və ayaqqabı, habelə ölkə üzrə orta əmək haqqının 2 mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurdular. Son Fərmanla müavinət məbləğində artımlar həyata keçirilməklə yanaşı, həmçinin vəsait də dəqiqləşdirilir.

Bu müavinətin ödənilməsində məqsəd valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin sosial təminatını daha gücləndirməkdir”.

V. Bayramovun sözlərinə görə, vəsaiti necə almağa gəldikdə isə, bu müavinət hər bir təhsil müəssisənin büdcəsinə daxil edilir: "Bu o deməkdir ki, sözügedən vətəndaşlarımız təhsillərini başa vuran zaman həmin müəssisəyə müraciət edərək bu müavinəti ala bilərlər. Məsələn, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər peşə təhsili müəssisəsini və ya universitetdə təhsil alırsa, təhsilini başa vuran zaman yerində müraciət edərək həmin pulu ala bilirlər. Bu proses qısa müddət tələb edir və bir neçə gün ərzində müavinətin əldə edilməsi mümkündür”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
11:33 28.10.2026
PAŞA Bank “Miles&Smiles PASHA Bank” kart sahibləri üçün yeni bonus mil proqramına start verib
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
11:31 28.10.2026
Məktəblinin faciəvi ölümü ilə bağlı BŞTİ-dən AÇIQLAMA
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
11:12 28.10.2026
Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
11:10 28.10.2026
İlham Əliyev Çexiya Prezidentinə təbrik məktubu ünvanlayıb
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
11:07 28.10.2026
Qətər rəsmisi: Korrupsionerlər qanunsuz əldə etdikləri əmlakdan məhrum edilməlidir
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
11:00 28.10.2026
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - İlham Əliyev
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
10:59 28.10.2026
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
10:52 28.10.2026
"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin əsas şərtidir"
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
10:46 28.10.2026
"İşğal dövründə qanunsuz gəlirlər beynəlxalq maliyyə kanalları vasitəsilə leqallaşdırılıb"
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
10:45 28.10.2026
Kamran Əliyev: Korrupsiya hamımızın üzləşdiyi ortaq problemdir
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
10:29 28.10.2026
İlham Əliyev İƏT ölkələri korrupsiya orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət ünvanlayıb
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
10:25 28.10.2026
Telefondan istifadə edən sürücülər necə cərimələnəcək?
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
10:19 28.10.2026
Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
09:46 28.10.2026
1708-ci gün: Rusiyanın itkiləri yeniləndi
Akif Beybutov vəfat etdi - FOTO
09:37 28.10.2026
Akif Beybutov vəfat etdi - FOTO
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu
09:28 28.10.2026
“Seçkilərin yekun nəticələrini gözləyirik” - Netanyahu