"Güclü siyasi iradə korrupsiyaya qarşı mübarizənin effektivliyini təmin edən əsas amildir”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev Bakıda keçirilən beynəlxalq görüşdə çıxışı zamanı bildirib.
Baş prokuror qeyd edib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə istiqamətində qabaqlayıcı və inzibati tədbirlər həyata keçirilir:
"Azərbaycanda Prezident İlham Əliyevin birgə qabaqlayıcı və inzibati tədbirlərin həyata keçirilməsi istiqamətində nümayiş etdirdiyi güclü siyasi iradə korrupsiyaya qarşı səmərəli mübarizənin aparılmasına imkan verib. Qısa müddət ərzində genişmiqyaslı hüquqi və institusional islahatların həyata keçirilməsi nəticəsində ölkəmizdə beynəlxalq antikorrupsiya standartlarına uyğun müasir hüquqi baza formalaşdırılıb”, - deyə o bildirib.
Fəridə Əsədzadə











































