Abşeronda 15 yaşlı oğlan faciəvi şəkildə öldü

Abşeronda 15 yaşlı oğlan faciəvi şəkildə öldü
SOSİAL
10:16 20.06.2019
2673
Abşeronda 15 yaşlı oğlan faciəvi şəkildə ölüb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə dünən 22 radələrində Mehdiabad qəsəbəsi, Gənclər Şəhərciyi yaşayış kompleksi bina 2, mən 74-də qeydə alınıb.

Həmin mənzildə yaşayan 2004-cü il təvəllüdlü Kənan Musayev ehtiyatsızlıqdan evin eyvanından yıxılıb. O, Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR