Şəkidə yaralananlarla bağlı - Son xəbər

Şəkidə yaralananlarla bağlı - Son xəbər
SOSİAL
11:22 17.07.2019
3287
Səhiyyə Nazirliyi Şəki şəhərində Xan sarayının həyətində çinar ağacının sınaraq insanların üzərinə düşməsi nəticəsində xəsarət alanların son vəziyyətini açıqlayıb.

AZXEBER.COM-a daxil olan məlumatda qeyd olunub ki, Şəki MMRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.

Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Vəziyyəti isə orta-ağır stabildir.
OXŞAR XƏBƏRLƏR