Bakıda saxta pul satan şəxs saxlanıldı

Bakıda saxta pul satan şəxs saxlanıldı
SOSİAL
13:03 20.07.2019
6066
Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsnin əməkdaşları tərəfindən saxta pul satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Xətai RPİ 34-cü PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 19-da rayon ərazisində Bakı şəhər sakini B. Hüseynbəyli 1 ədəd 50 manatlıq və 4 ədəd 100 manatlıq saxta əskinasları 170 manata satarkən saxlanılıb.

Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR