Azərbaycanda avtobus aşdı: ölən və yaralananlar var

SOSİAL
21:18 28.08.2019
7158
Lənkəranda sərnişin daşıyan avtobusun aşması nəticəsində bir nəfər ölüb, 10-dan çox sərnişin xəsarət alıb.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bədbəxt hadisə rayonun Bəliton kəndində baş verib. İlkin məlumata əsasən, sərnişin avtobusunun əyləcində olan nasazlıq səbəbindən nəqliyyat vasitəsi yoxuşdan geriyə gedərək yaşayış evinin həyətinə aşıb. Hadisə yerinə FHN-nin xilasediciləri cəlb olunub. Yaralılar təcili tibbi yardım və kənd sakinlərinin maşınlarının köməyilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Hadisə nəticəsində sürücünün vəfat etdiyi bildirilir. Yaralananların sayının isə 10 nəfərdən çox olduğu güman edilir.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR