Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Vilayət Eyvazovdan yeni - TƏYİNAT
SOSİAL
17:34 17.09.2019
4074
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, polis mayoru Mərdan Mehdiyev Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri vəzifəsinə təyin edilib. 

O bundan əvvəl BDYPİ-yə tabe olan Yol Patrul Xidmət alayının 3-cü tağım komandiri olub.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev məlumatı saytımıza təsdiqləyib. 

Qeyd edək ki, bir müddət əvvəl Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün komandiri, polis polkovnik-leytenantı Fuad Mayılov Sumqayıt Regional Qeydiyyat-İmtahan və Texniki Baxış Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR