Livanın Baş Naziri Saad Həriri istefa verib.
Baş Nazir 2 həftədir davam edən hökumət əleyhinə kütləvi etirazlardan sonra istefa vermək qərarına gəlib. Həriri dövlət televiziyasında müraciəti zamanı ölkədə vəziyyətin dalana dirəndiyini deyib:
"Mən prezident Mişel Auna istefa ərizəmi vermək üçün Baabda sarayına gedəcəm. Bu, bütün livanlıların arzusu idi”.
Qeyd edək ki, oktyabrın 21-dən ölkədə iqtisadi böhran əleyhinə mitinqlər keçirilir.
qafqazinfo