Magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar sabah gün ərzində Ceyranbatan, Masazır və Saray qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
AZXEBER.COM xəbər verir ki, bu barədə məlumatı "Azərsu” ASC yayıb.
Yaranacaq narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.