İmişlidə 33 yaşlı kişi dəm qazından boğularaq ölüb.
AZXEBER.COM Milli.Az-a istinadən bildirir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, şəhər sakini, 1986-cı il təvəllüdlü Cəfərov Əli Şakir oğlu yaşadığı evin hamamında dəm qazından boğulub. Ə.Cəfərov xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.