Zakir Qaralovdan yeni TƏYİNAT

Zakir Qaralovdan yeni TƏYİNAT
SOSİAL
09:47 17.01.2020
2938
Bərdə rayonuna yeni prokuror təyin edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Əmrə əsasən, Bərdə rayon prokuroru vəzifəsinə Asəf Sarıkişiyev təyinat alıb.

Xatırladaq ki, buna qədər A.Sarıkişiyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəis müavini vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR