BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Novruz çərşənbələrinin tarixləri açıqlandı
SOSİAL
16:28 20.02.2020
1608
Azərbaycanda bu il Novruz çərşənbələrinin qeyd olunacağı tarixlər açıqlanıb.

AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov özəl olaraq Trend-ə bildirib ki, bu il ilk - Su çərşənbəsi fevralın 25-nə təsadüf edəcək.

X.Mikaylovun sözlərinə görə, martın 3-də Od, martın 10-da Yel çərşənbəsi olacaq.

Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd ediləcək.
X.Mikayılov vurğulayıb ki, 2020-ci ildə yaz fəsli ölkəyə martın 20-də, Bakı vaxtı ilə saat 07:49:36-da daxil olacaq. Həmin gün Günəş öz orbiti üzrə hərəkət edərək göy ekvatorunu kəsir. Yəni, cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir.

Bu nöqtəyə də yaz bərabərliyi nöqtəsi deyilir və Günəş bu nöqtədə olarkən gecə ilə gündüzün uzunluğu bərabərləşir:

"Bununla da Şimal yarım kürəsinə Yaz fəsli daxil olur. Buna görə də martın 19-u bayram axşamı, martın 20-si isə bayram günü hesab ediləcək”.

Xatırladaq ki, bu il Novruz bayramı ilə əlaqədar 20, 21, 22, 23, 24 mart qeyri-iş günləri olacaq. Bu il bayram günü hesab edilən 21 və 22 mart həftələrarası istirahət günləri ilə üst-üstə düşdüyündən 25, 26 mart da qeyri-iş günü hesab ediləcək. Beləliklə, Novruz bayramı günlərində 20-26 mart tarixləri qeyri-iş günləri olacaq.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:00 01.04.2020

Türkiyədə koronavirusa yoluxan Azərbaycan vətəndaşından xəbər var - RƏSMİ

12:50 01.04.2020

Azərbaycanın baş infeksionisti: “Koronavirusa yoluxma halları arta bilər” - VİDEO

12:48 01.04.2020

Azərbaycanın Türkiyədəki səfirliyi azərbaycanlı tələbələrə çağırış etdi

12:34 01.04.2020

Sabah intensiv yağış yağacaq

12:14 01.04.2020

“Uca Tanrıya dua edirəm ki, bu bəlanı evlərimizdən və ailələrimizdən uzaq etsin!”

12:03 01.04.2020

“Oğlumun ayağa qalxması möcüzədir”- Transfarmatorda yanan uşaq sağaldı - VİDEO - FOTOLAR

11:46 01.04.2020

“Hələ də karantin rejiminə əməl etməyənlər var” - Deputat

11:39 01.04.2020

Ermənistanda koronavirusa yoluxanların sayı 571 nəfərə çatıb

11:24 01.04.2020

Milli Məclisin Sədrinə yeni köməkçi təyin edilib

11:09 01.04.2020

Karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edildi

10:47 01.04.2020

Gürcüstanda koronavirusa yoluxanların sayı 115-ə çatdı

10:33 01.04.2020

ABŞ-da koronavirusdan ölənlərin sayı 4 000-i ötdü

10:16 01.04.2020

Bakı polisindən xüsusi karantin rejim qaydaları ilə bağlı - Açıqlama

10:07 01.04.2020

Moody's “Bank Respublika”nın reytinqini təsdiq etdi

10:04 01.04.2020

BMT: Pandemiya II Dünya müharibəsindən sonra ən böyük böhrandır

09:55 01.04.2020

Saxta sənədlər əsasında subsidiya almaq istəyən bələdiyyəyə cinayət işi açıldı