Oğuzda meşə yanır

Oğuzda meşə yanır
SOSİAL
15:50 07.03.2020
2444

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən AZXEBER.COM-a verilən məlumata görə, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.

Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR