Gürcüstanda koronavirusa yoluxan azərbaycanlı sağaldı

SOSİAL
21:22 05.04.2020
332
Gürcüstanda koronavirusa yoluxan Marneuli rayonundan olan 62 yaşlı azərbaycanlı qadın sağalıb.

Bu barədə Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasının direktoru Levan Ratiani ölkənin Birinci kanalına bildirib.

Onun sözlərinə görə, pasiyentin COVID-19 infeksiyası ilə bağlı ilkin testi mənfi nəticələnib.

L.Ratiani deyib ki, sabah təkrar test aparılacaq və qadın bir neçə gündən sonra evə buraxılacaq.

Qeyd edək ki, bu günə qədər qonşu ölkədə koronavirusa yoluxma 174 nəfərdə təsdiqlənib. Onların 36-sı sağalıb, 2-si isə ölüb.
 
///Report

OXŞAR XƏBƏRLƏR