Hava kəskin dəyişir - XƏBƏRDARLIQ

Hava kəskin dəyişir - XƏBƏRDARLIQ
SOSİAL
14:28 27.04.2020
2731
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 28-i gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. 

Aprelin 28-i gündüzdən 29-u səhərədək Azərbaycanın dağlıq və dağətəyi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuq artacaq.
OXŞAR XƏBƏRLƏR