Heydər Əliyev Fondunun yardımını mənimsəyən vəzifəli şəxslərə cinayət işi açıldı - ADLAR

Heydər Əliyev Fondunun yardımını mənimsəyən vəzifəli şəxslərə cinayət işi açıldı - ADLAR
SİYASƏT
14:28 01.05.2020
5261
Koronavirus infeksiyasının respublika ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılmış Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi qaydalarının müxtəlif yollarla pozulması, həmin dövrdə işləməyən şəxslərə və az təminatlı ailələrə ayrılmış ərzaq yardımlarının paylanmasında yol verilmiş neqativ hallara qarşı prokurorluq orqanları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, Masallı, Quba, Cəlilabad və Zərdab rayon İcra Hakimiyyəti başçılarının inzibati ərazi nümayəndəliklərinin bəzi vəzifəli şəxslərinin bu qəbildən olan qanunazidd hallara yol vermələri barədə yerli icra hakimiyyətlərindən rayon prokurorluqlarına daxil olan müraciətlərə baxılıb.

Araşdırmalarla Masallı rayon İcra Hakimiyyəti başçısının Ərkivan qəsəbə inzibatı ərazi dairəsi üzrə nümayəndəsi İsrail Tağıyevin vəzifə saxtakarlığı edərək aprelin 1-dən 29-dək olan müddətdə xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən 74 nəfərə qanunsuz olaraq arayışlar verməsinə şübhələr üçün əsaslar müəyyən olunub.

Eləcə də, Quba rayon İcra Hakimiyyəti başçısının Vladimirovka kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi İslam Abayevin də vəzifə saxtakarlığı edərək ayrı-ayrı şəxslərə Qusar rayonuna getmələrinə dair qanunsuz arayışlar verməsinə şübhələr müəyyən edilib.

Bundan başqa, Cəlilabad rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bağır Şirəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də imkansız ailələrə göndərilmiş ərzaq yardımının paylanması zamanı neqativ hallara yol verərək ərzaq paylarını özünün və müavini Rəşad Seyfullayevin yaxın qohumlarına, o cümlədən kəndin imkanlı şəxslərinə paylamasına dair əsaslı şübhələr müəyyən olunub.

Zərdab rayon İcra Hakimiyyəti başçısının Məmmədqasımlı kənd inzibatı ərazi dairəsi üzrə nümayəndəsinin müavini Mətaf Mikayılov tərəfindən də qanun pozuntusuna yol verilib. 

Belə ki, M.Mikayılovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Heydər Əliyev Fondu tərəfindən aprelin 23-də göndərilmiş ərzaq yardımını imkansız ailələrə deyil yaxın qohumları və kəndin imkanlı şəxslərinə paylamasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər müvafiq rayon İcra hakimiyyəti başçılarının əmrləri ilə tutduqları vəzifədən azad ediliblər.

Toplanan materiallar üzrə Masallı, Quba, Cəlilabad və Zərdab rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işləri başlanılıb.

Hazırda həmin işlər üzrə təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara müraciət edərək "961” nömrəli "Çağrı Mərkəzi”nə məlumat vermələrini xahiş edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
00:25 29.06.2025
Rusiya uzun illərdir bölgədə təhlükəsizlik və sabitlik deyil, məhz zülm, etnik ayrı-seçkilik yayır - ŞƏRH
Xamenei və onun Azərbaycanla müharibəsi
00:14 29.06.2025
Xamenei və onun Azərbaycanla müharibəsi
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
23:59 28.06.2025
Kreml repressiyası - "Skinhed" ruhlu imperiya
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
23:50 28.06.2025
Yekaterinburqda işgəncə görən azərbaycanlı: "Kafeyə basqın edib, bizi döyə-döyə kabab bişirtdirib, yeyib içdilər"
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
23:34 28.06.2025
Hacıbəy Heydərli: Azərbaycan dövləti şimal qonşusundan fərqli olaraq hər bir vətəndaşının arxasındadır
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
23:27 28.06.2025
Kürdəmirdə kişi həyat yoldaşını qətlə yetirib
 Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
23:20 28.06.2025
Baş redaktor: “Rusiya özünün işğalçı müharibəsinə azərbaycanlıları zorla qoşulmağa məcbur edir”
“Bu, çökən imperiyanın refleksidir”
23:15 28.06.2025
“Bu, çökən imperiyanın refleksidir”
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
23:11 28.06.2025
Rusiyada baş verənlər Stalin repressiyalarını belə kölgədə qoyur: Şovinist siyasətin tarixi
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
23:01 28.06.2025
Overçukun Azərbaycana səfəri ləğv olundu - Yekaterinburqdakı hadisələrə görə
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
22:56 28.06.2025
Stiv Uitkoff yaxın günlərdə İran rəsmiləri ilə danışıqlar aparacaq
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
22:47 28.06.2025
İsrail Livana zərbə endirib, "Hizbullah"ın bölmə komandanı öldürülüb
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
22:41 28.06.2025
Orban: Ukraynanın NATO-ya daxil olması III Dünya müharibəsinə gətirib çıxaracaq
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
22:31 28.06.2025
İsrail HAMAS-ın qurucularından birini zərərsizləşdirib
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
22:05 28.06.2025
Azərbaycanlıların saxlanması ilə bağlı iş xüsusi nəzarətə götürüldü
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb
21:50 28.06.2025
İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb