Bakıda yaşayış evi yanır

Bakıda yaşayış evi yanır
SOSİAL
23:14 03.05.2020
1137
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri Yasamal rayonu, Cəlil Məmmədquluzadə küçəsi 19 ünvanında evdə yanğın olması barədə məlumat daxil olub. 

FHN-in mətbuat xidməti bu barədə məlumat yayıb. 

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
OXŞAR XƏBƏRLƏR