1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür
SOSİAL
14:41 01.08.2020
1164
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Bu tarix ümummilli lider Heydər Əliyevin "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən qeyd edilir. 

Ana dilinə böyük məhəbbət, onun incəliklərini dərindən bilmək, sadə, səmimi cümlələrlə insanlarda möhkəm nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyevin nitq və çıxışlarının əsas xüsusiyyətlərindən idi.

Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1973-cü ildə İmadəddin Nəsiminin 600 illik yubileyi beynəlxalq miqyasda qeyd edilib. Həmin illərdən başlayaraq Nəsiminin dilinə aid xeyli sayda tədqiqat işi aparılıb. Məhz o vaxtdan etibarən Nəsimi yaradıcılığı Azərbaycan və dünya mədəniyyəti miqyasında bir daha tanıdılıb.
 
Ulu Öndərin şəxsi təşəbbüsü və qətiyyəti, sarsılmaz iradəsi və ciddi səyləri ilə 1978-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi fəaliyyəti haqqında ayrıca maddə daxil edilib.

Dil insanın həyat və fəaliyyəti, fikir və düşüncələrilə bağlı olur. İnsanın bütün şüurlu həyatı dildə keçir. O dildə düşünür, dildə fikirlərini ümumiləşdirir, ən ülvi hisslərini dildə ifadə edir.  

 Ümummilli lider Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli  "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərmanı Azərbaycan dilinin sərbəst inkişafı və geniş tətbiqi üçün zəmin yaratdı. 

Bu fərmanının imzalanmasından bir neçə gün sonra 4 iyul 2001-ci il tarixində "Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təşkil edilməsi haqqında” fərman imzalandı. Bu komissiyanın tərkibinə görkəmli dövlət xadimlərilə yanaşı, dilçilər də daxil edildi ki, onlar daima dilimizin tətbiqi sahəsinə nəzarət etsinlər.

Azərbaycan dili ilə bağlı vacib addımlardan biri də Ulu Öndərin 2002-ci il sentyabrın 30-da imzaladığı "Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunudur. Müstəqil Azərbaycan dövlətinin ana dilinə hərtərəfli qayğısının təcəssümünü özündə əks etdirən bu qanunda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımı şəraitin yaradılması və s. kimi məsələlər də nəzərdə tutulub.

 2004-cü ildə ölkə Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçrilməsi haqqında” sərəncamı dilimizin inkişafına böyük qayğının təzahürüdür.  
Dövlət müstəqilliyimizin başlıca rəmzlərindən olan Azərbaycan dilinə diqqət Prezident İlham Əliyevin imzaladığı bir sıra sərəncamlarda öz ifadəsini tapıb.

Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Milli varlıq və birliyin möhkəmlənməsində mühüm rol oynayan dil, eyni zamanda mənəvi və mədəni zəninləşmə, elmi-texniki inkişaf üçün zəruri olan ünsiyyət vasitəsidir. Azərbaycan elmi, mədəniyyəti inkişaf etdikcə Azərbaycan dili daha zənginləşir, müasir, analitik düşüncənin dilinə çevrilir.

Bu gün Kütləvi İnformasiya Vasitələrinin rolu artdıqca, Azərbaycan dilinin işləkliyi artır. Mətbuat dilində işlənən sözlər, terminlər  ictimai-siyasi durumu, cəmiyyətin inkişaf səviyyəsini göstərir. Əvvəlki dövrlərdən fərqli olaraq mətbuatda söz, termin yaradıcılığı meyili artmışdır ki, bu da dilimizin lüğət tərkibinin zənginləşməsinə təkan verir.

Bu gün Azərbaycan dili həm də elektron məkanda da işlənir, inkişaf edir.

Məlum olduğu kimi, 17 iyul 2018-ci il tarixində Prezident İlham Əliyev "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzalayıb.  Bu sənəddə Azərbaycan dilinin elektron işləkliyinin təmin olunması xüsusi maddə kimi mövcuddur. 
 Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması faktlarının qarşısının alınması sahəsində məqsədyönlü işlər yerinə yetirilməkdədir.

 Dil xalqın tarixi, dünyagörüşü, fərdi yaradıcılıq aktı kimi izah olunmalıdır. 

Ana dilimiz xalqımızın əvəzsiz sərvətidir. Milli sərvətimizi qorumaq, onun keşiyində durmaq hamımızın borcudur.

Təranə Şükürlü
Filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Nəsimi adına Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
18:10 31.07.2026
Bu nazirliyin xidməti avtomobillərinin sayı artırıldı
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
18:02 31.07.2026
Azərbaycan–Qırğızıstan əlaqələri: Orta Dəhlizdən QHT əməkdaşlığınadək
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
17:54 31.07.2026
Ramiz Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
17:46 31.07.2026
Birinci xanımlar reabilitasiya mərkəzi ilə tanış olublar - FOTOLAR
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
17:29 31.07.2026
Telefon almazdan əvvəl bunu bilin: Hansı markalar daha etibarlıdır?
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
17:25 31.07.2026
İspaniya Baş naziri: Sebteyə miqrant axını ərazi bütövlüyümüzə təhdiddir
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
17:14 31.07.2026
Qırğızıstanda “Baku Resort & Spa” açıldı - FOTOLAR
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
16:58 31.07.2026
HƏMAS: Qəzzada hərtərəfli atəşkəs razılaşmasını qəbul etmişik
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
16:41 31.07.2026
Rusiya və Ukraynada oxuyan tələbələr Azərbaycan universitetlərinə köçürülə bilər?- AÇIQLAMA
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
16:26 31.07.2026
TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
16:14 31.07.2026
150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
16:04 31.07.2026
Məleykə Abbaszadə: Keçid ballarının artacağı gözlənilir
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
15:51 31.07.2026
ChatGPT ilə yazılan CV iş tapmağa kömək edir? – Mütəxəssislər xəbərdarlıq edir
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
15:37 31.07.2026
Bolqarıstanda prezident seçkilərinin tarixi açıqlandı
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
15:35 31.07.2026
Göygöldə fermerlərlə görüş keçirildi - FOTOLAR
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı
15:30 31.07.2026
Telefonunuzun batareyasını ən çox hansı tətbiqlər “yeyir”? – Siyahı açıqlandı