Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

SAĞLAMLIQ
16:56 08.09.2020
357
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 8-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, hazırda xəstələrin 135-i reanimasiyadadır. 12 xəstə isə süni tənəffüs cihazına qoşulub. 

Ümumilikdə 2 040 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 37 557 nəfərə, sağalanların sayı 34 965 nəfərə, vəfat edənlərin sayı isə 552 nəfərə çatıb.

OXŞAR XƏBƏRLƏR

X Mostbet