Səbinə Əliyeva ermənilərin atəşə tutduğu bölgədə

SOSİAL
21:05 28.09.2020
1145

Məlum olduğu kimi, 27 sentyabr tarixində saat 06:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələri atəşkəs rejimini növbəti dəfə kobud şəkildə pozaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini, mülki yaşayış məntəqələrini və obyektləri iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.

AZXEBER.COM xəbər verir ki, elə həmin tarixdə Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində cəbhə ərazisi olmayan Naftalan şəhərinin Qaşaltı kəndində ikisi uşaq, ikisi ahıl, biri gənc olmaqla bütöv bir ailə (Qurbanov Elbrus İsa oğlu, onun həyat yoldaşı Qurbanova Şəfayət Novruz qızı, gəlini Əmirova Afaq Dəmir qızı, orta məktəb şagirdləri olan nəvələri 2006-cı il təvəllüdlü Qurbanova Fidan Elşən qızı və 2007-ci il təvəllüdlü Qurbanov Şəhriyar Nadir oğlu) həlak olub.

 

Ombudsman Səbinə Əliyeva Ermənistanın təxribatçı hərəkətləri nəticəsində insan hüquqlarının kobud şəkildə pozulması ilə müşayiət olunan son hadisələrlə bağlı qeyd olunan faktları yerində araşdırmaq məqsədilə artilleriya atəşinə məruz qalmış mülki obyektlərə səfər edib.

Ombudsman Ermənistan silahlı qüvvələrinin mülki əhalinin yaşadığı Qaşaltı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin həlak olduğu əraziyə, habelə ağır artilleriya atəşi ilə dağıdılmış evə baş çəkərək vəziyyətlə yerində tanış olub və mülki əhali ilə görüşüb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:42 31.10.2020

Avropanın daha bir ölkəsində karantin elan edildi

23:23 31.10.2020

Düşmənin artilleriya və minaatan batareyaları məhv edilib - Video

23:03 31.10.2020

MN: Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır

22:33 31.10.2020

Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

22:12 31.10.2020

Azərbaycanda şəhid analarına həsr edilmiş film çəkildi - VİDEO

22:11 31.10.2020

Türkiyə Prezidentinin sözçüsü COVID-19-a yoluxub

21:51 31.10.2020

Mixeil Saakaşvili: “Gürcüstanda hakimiyyət dəyişir”

21:38 31.10.2020

Azərbaycan Ordusunun döyüş ruhunu göstərən VİDEO

21:36 31.10.2020

Makron: “Mən Müsəlmanların hisslərini başa düşürəm”

20:30 31.10.2020

Baş Prokurorluq: "Vaaqn Çaxalyanla bağlı başladılan cinayət işi üzrə istintaq davam etdirilir"

20:12 31.10.2020

Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb

18:46 31.10.2020

Erməni ordusunda hərbçi qıtlığının çirkin mənzərəsi – FOTO

18:27 31.10.2020

Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

18:10 31.10.2020

ETSN: İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir

17:53 31.10.2020

MN: Düşmənin ağır silahları havadan və yerdən aşkar olunaraq məhv edilir

17:30 31.10.2020

"Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silah yoxdur və istifadə olunmur"