Bu yollarda sürət həddi endirildi

Bu yollarda sürət həddi endirildi
SOSİAL
09:42 16.11.2020
592
Hazırda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı magistrallarında zolaqlar üzrə sürət həddi müvafiq olaraq endirilib.

AZXEBER.COM Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, məqsəd hərəkət təhlükəsizliyini təmin etməkdir. Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meterioloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla yanaşmalarını xahiş edir:

"Eyni zamanda piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik.Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur. Bu səbəbdən də bəzi istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaranıb. Bunu nəzərə alaraq bildiririk ki, xüsusilə bu cür hava şəraitində avtobusların hərəkətinə maksimum dərəcədə şərait yaradılması zəruridir”,- deyə məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR