Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ

Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin NƏZƏRİNƏ
SOSİAL
14:12 09.01.2021
1688
Müdafiə Nazirliyi Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib.

Müraciətin mətnində bildirilir:

"Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər yanvarın 11-dən 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

"Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul  olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;
- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 nüsxədə;

- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 1 nüsxədə;

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 nüsxədə;

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 nüsxədə;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 1 nüsxədə;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 nüsxədə;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;

- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 nüsxədə;

Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.

Müraciət etmə vaxtı: 2021-ci il yanvarın 11-dən 30-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO