Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi

Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi
SOSİAL
14:52 11.01.2021
590
Salyan rayonunda həkim COVID-19-dan dünyasını dəyişib.

"Report”un Aran bürosunun məlumatına görə, bu gün Salyan Rayon Mərkəzi Xəstəxanasının həkim-travmatoloqu, 1950-ci il təvəllüdlü Ramazan Əhmədov koronavirusdan dünyasını dəyişib.

O, bir müddətdir Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurmuş.

Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR