xari

Qənirə Paşayeva gənclərə çağırış etdi

SOSİAL
15:32 26.02.2021
222
Azərbaycan Gənc Politoloqlar Təşkilatı Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın iştirakı ilə Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı "onlayn” konfrans keçirib.

AZXEBER.COM xəbər verir ki, komitə sədri Xocalı soyqırımına aparan hadisələr zəncirindən, xalqımızın yaşadığı ağır faciənin insanların, ailələrin, cəmiyyətin və bütövlükdə xalqın həyatındakı dərin izlərindən danışıb. Q.Paşayeva ötən illər ərzində xalqın sınmadığını, toparlandığını və nəhayət 44 günlük Vətən Müharibəsi ilə əldə edilmiş tarixi zəfərdən sonra bölgədə yeni reallıqlar yarandığını xüsusi vurğulayıb. Bütün hallarda Xocalı soyqırımı günahkarlarının sonuncu nəfərindək ədalət mühakiməsinə cəlb edilməsi, cəzalandırılması üçün bundan sonra da işlərin aparılacağını qeyd edən Komitə sədri, gənc nəslin, ictimai fəal qüvvələrin üzərinə düşən mənəvi məsuliyyətdən söz açıb. Komitə sədri Heydər Əliyev Fondunun, fondun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Xocalıya ədalət!” beynəlxalq kampaniyasının ciddi nəticələrini nümunə gətirib.  

"Bəli, biz Xocalıya ədalət istəyirik. Bizim mübarizəmiz, istəyimiz bütün parametrlər üzrə beynəlxalq hüquqa, insan haqlarına əsaslanır və ədalətlidir. Xocalı soyqırımı canilərinin öz haqq etdikləri cəzanı almaları  dünyada bir daha soyrıqımlar olmamamsı üçün çox vacibdir”.

Q.Paşayeva dünyada Xocalı soyqırımı ilə bağlı qərar qəbul etmiş ölkələrə, parlamentlərə, ayrı-ayrı qurum və quruluşlara bir daha təşəkkür ifadə edərək, gəncləri, onların timsalında dünya azərbaycanlı gənc fəalları, Azərbaycan dostlarını Xocalı (Azərbaycan) həqiqətlərini dünyaya yaymağa çağırıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:53 14.04.2021

Masazırda piyadanı vuraraq qaçan 21 yaşlı xanım sürücü yaxalandı - FOTO

23:38 14.04.2021

Britaniya demək olar ki, bütün hərbi qüvvələrini Əfqanıstandan çıxaracaq

23:24 14.04.2021

Əkrəm İmamoğlu: “Hazırda evimdə hər kəs koronavirusdur” - VİDEO

23:14 14.04.2021

Azərbaycanda icra başçısının keçmiş müavini vəfat edib

23:06 14.04.2021

"Münaqişənin hərbi-siyasi yolla nizamlanmasında təqsirkar, əlbəttə, işğalçı ölkədir"

22:47 14.04.2021

"Bizim münasibətlərimiz artıq zamanın sınağından çıxıb"

22:36 14.04.2021

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

22:29 14.04.2021

Belarusun dövlət başçısı: "Bu vaksini Azərbaycanla bölüşməyə hazırıq"

22:28 14.04.2021

"Azərbaycanlılardan kimlərinsə erməniləri təhqir etməsi barədə məlumatlar əsassızdır"

22:27 14.04.2021

Koronavirus keçirən xəstələrin 80 faizi... - Həkimdən şok açıqlama

22:25 14.04.2021

"Faşistlər Bakı neftinə ona görə can atırdılar ki, bizim ordumuzu bu neftdən ayırsınlar"

22:24 14.04.2021

Məhərrəm İncə xəstəxanaya yerləşdirildi

22:13 14.04.2021

Prezident: "Minsk şəhəri ilə bağlı bir format artıq keçmişdə qalıb"

22:12 14.04.2021

"Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər"

22:10 14.04.2021

Xərçəngə qarşı vaksin hazırlandı

22:06 14.04.2021

İlham Əliyev: "Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır"