Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlandı
SOSİAL
22:10 09.03.2021
682
Gəncə şəhərində daha bir orta məktəb koronavirus infeksiyasına görə distant təhsilə keçib.

AZXEBER.COM xəbər verir ki, Baku.ws-un bölgə müxbirinin verdiyi məlumata görə, Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb onlayn tədrisə keçib.

Belə ki, tədris ocağının 1 müəllim və 1 texniki işçisində COVİD-19 virusu aşkar edilib. Tədris müəssəsi iki həftə bağlı qalacaq və aidiatı üzrə rəsmi rəydən sonra fəaliyyətə başlaya biləcək.

Gəncədə daha öncə 37 nömrəli məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq bu məktəb yenidən açılıb.
OXŞAR XƏBƏRLƏR