Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı
SOSİAL
18:30 20.04.2021
311
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 14 830 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZXEBER.COM-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 981, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 849 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 352 210, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 899 213, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 452 997 təşkil edir.
OXŞAR XƏBƏRLƏR