Daxili işlər orqanlarında yeni təyinat olub.
AZXEBER.COM unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı İlkin Hümbətov Balakən Rayon Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bu təyinatadək Balakən DYP-də komandir vəzifəsində çalışıb.