Türkiyədə koronavirusla bağlı son statistika

Türkiyədə koronavirusla bağlı son statistika
DÜNYA
22:13 25.06.2021
597
Son 24 saat ərzində Türkiyədə koronavirusdan 56 nəfər vəfat edib.

"Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 25-də yoxlanış məqsədilə götürülən 222 936 testdən 5630-u müsbət çıxıb.

Sutka ərzində 7184 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 261 892 nəfərə yüksəlib.

Qeyd olunur ki, hazırda Türkiyə xəstəxanalarında COVİD-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 737 nəfərdir.  
OXŞAR XƏBƏRLƏR