Elşad Hacıyev təltif edildi

Elşad Hacıyev təltif edildi
SOSİAL
13:47 02.07.2021
446
Daxili İşlər Nazirliyinin (DİN) bir qurup əməkdaşı Azərbaycanda Polis Günü ilə bağlı təltif edilib.

AZXEBER.COM-un xəbərinə görə, nazirliyin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən DİN-in fəxri fərmanı ilə təltif olunub.

Bundan başqa, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov əla xidmətlərə görə döş nişanı təltif edilib.
OXŞAR XƏBƏRLƏR