Şəhidin bank kartından pul oğurlayan şəxs tutuldu

Şəhidin bank kartından pul oğurlayan şəxs tutuldu
SOSİAL
11:54 28.07.2021
488

Bakıda şəhidin bank kartından 4 min manata yaxın pul oğurlayan şəxs saxlanılıb.

AZXEBER.COM DİN-ə istinadən xəbər verir ki,  iyulun 26-da polisə müraciət edən Göyçay rayon sakini Ş.Qafarova cari il fevral ayının 28-də oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun çıxarılaraq oğurlandığını bildirib.

 

Oğurluq əməlini törətməkdə şübhəli bilinən Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR