Prezident İlham Əliyev yeni sərəncam imzaladı

Prezident İlham Əliyev yeni sərəncam imzaladı
SOSİAL
15:38 30.07.2021
1560
Prezident İlham Əliyev iyulun 30-da İsmayıllı rayonunun Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

AZXEBER.COM xəbər verir ki, sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Hacıhətəmli–Gideyli–Kürd Eldarbəyli avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 5,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
OXŞAR XƏBƏRLƏR