Sürücülərin nəzərinə: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI

Sürücülərin nəzərinə: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
SOSİAL
10:08 16.08.2021
477
Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:

Bakı-Sumqayıt şosesi – Xırdalan dairəsi istiqamətindən başlayaraq Avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi adlanan istiqamətdə;

Binəqədi şosesi – əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər şəhər istiqamətində (sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur);

Ziya Bünyadov prospekti – əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən DİN Hospitalın qarşısına qədər olan hissə, 20 Yanvar dairəsi istiqaməti üzrə (səbəbi nəqliyyat vasitələrinin çoxluğudur);

Koroğlu Rəhimov küçəsi - Təbriz küçəsi ilə kəsişmə istiqamətindən, Fətəli xan Xoyski küçəsi ilə kəsişməyə qədər olan hissəsi, Akademik Həsən Əliyev küçəsi istiqamətində.
OXŞAR XƏBƏRLƏR