Azərbaycanda vəzifəli şəxs vəfat etdi

Azərbaycanda vəzifəli şəxs vəfat etdi
SOSİAL
11:19 16.08.2021
1762
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin müdiri Ağavaleh Ağayev vəfat edib.

AZXEBER.COM "qafqazinfo”ya istinadən xəbər verir ki, 1963-cü təvəllüdlü şöbə müdirinin ölümü qəfil baş verib. O, ötən gün ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, A. Ağayev 3 ilə yaxındır ki, sözügedən vəzifəni icra edib. Bundan əvvəl Astara Gömrük İdarəsində fəaliyyət göstərib.

2007-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR