Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı
SOSİAL
14:05 17.08.2021
309
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, avqustun 18-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 23-26°, gündüz 32-36° isti olacaq. Bakıda gecə 23-25°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 30-35% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22°, gündüz 33-38°, dağlarda gecə 12-17°, gündüz 22-27° isti olacaq.

OXŞAR XƏBƏRLƏR