Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ oldu
SOSİAL
17:22 18.08.2021
1211
Azərbaycanda zəlzələ olub.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 13:37-də Zaqatala stansiyasından 15 km cənub-qərbdə, Zaqatala rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ bəzi insanlar tərəfindən hiss olunub.

Zəlzələnin dərinliyi 11 km, maqnitudası 2.8 olub.
OXŞAR XƏBƏRLƏR