DYP sürücülərə müraciət edib

DYP sürücülərə müraciət edib
SOSİAL
09:48 31.08.2021
380
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

BDYPİ-dən AZXEBER.COM-a daxil olan müraciətdə deyilir:

"Yollarda, dəmiryol keçidlərində, küçə və meydanlarda nəqliyyat vasitələrinin hərəkəti zamanı heyvanların vurulması yol-nəqliyyat hadisəsi hesab olunur və məsuliyyət yaradır. Təsadüfi deyildir ki, "Yol hərəkəti haqqında” qanunun bir neçə müddəası məhz bu sahədə hüquq və vəzifələrin müəyyən edilməsinə həsr olunub. Məsələn, Qanunun 39-cu maddəsi mal-qara ötürənlərin vəzifələrini, 47-ci maddəsi isə bu sahədə mövcud olan tələbləri özündə ehtiva edir.

Göründüyü kimi, sadalanan hallarda əsasən ev heyvanlarına münasibətdə yaranan hüquq və vəzifələrdən bəhs edilir, bu da təbiidir, çünki onların sahibləri, başqa sözlə desək, cavabdeh şəxslər və ya subyektlər var.

Bizim diqqət çəkmək istədiyimiz məqam isə məhz hüquq norma və qaydaları ilə tənzimlənməsi müşkül, lakin təhlükə ehtimalı yüksək olan bir reallıq - yollarda sahibsiz ev və ya vəhşi heyvanların yaratdığı təhlükədir ki, burada məsuliyyət birtərəflidir.

Çoxları təsdiq edər ki, qəfil yola çıxan sahibsiz ev və ya vəhşi heyvanın yaratdığı təhlükədən yayınmaq heç də asan olmur. Əksər hallarda belə vəziyyət sürücünün, sərnişinlərin, yolun kənarındakı piyadaların həyat və sağlamlıqlarının təhlükə altında qalması, ciddi maddi ziyan və hətta bəzən ölümlə nəticələnir.

Təkcə cari ilin aprel-avqust ayları ərzində respublikanın Quba, Göygöl, Şabran, Kürdəmir, Masallı və Qəbələ rayonları ərazisində sürücülər tərəfindən sahibsiz heyvanların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrində bir neçə şəxs xəsarət alıb, Balakəndə isə yolun hərəkət hissəsinə çıxmış atı vuran sürücünün idarəetməni itirərək çaya düşməsi onun həyatı bahasına başa gəlmişdi. Avqust ayının 25-də Quba rayonunda 5 nəfər gəncin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi də ehtimal olundu ki, sahibsiz itin qəfil yola çıxması səbəbindən baş vermişdi.

Müşahidə və təhlillər deməyə əsas verir ki, sürücülük təcrübəsinə, idarə etdiyi nəqliyyat vasitəsinin texniki sazlığına güvənən istənilən intizamlı sürücü belə, sahibsiz ev və ya vəhşi heyvanın qəfil yola çıxdığı anda təlaş hissi keçirir, hadisələrin sürətli axınında vəziyyəti dərk edənədək vaxt itkisinə məruz qalır və qəzadan yayınmaq çətin olur.

Hava şəraitini nəzərə almayan, yolda nəzərdə tutulmuş sürət həddini aşan və idarə etdiyi nəqliyyat vasitəsinin texniki vəziyyəti qənaətbəxş olmayan, eləcə də təcrübəsiz sürücülərdə belə məqamlar adətən faciə ilə müşahidə olunur. Ələlxüsus gecə vaxtı, işıqlandırılmayan ərazilərdə, habelə məhdudiyyətli görünmə və əlverişsiz hava şəraitində isə qəzadan qaçmaq, demək olar ki, mümkün olmur.

Yaz-yay aylarında qeydə alınmış yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan hallar içərisində sahibsiz ev və ya vəhşi heyvanın qəfil yolun hərəkət hissəsinə çıxması amilinin tez-tez səslənməsi mövzunun aktual olmasından xəbər verir, eyni zamanda sürücülərimizdən yuxarıda sadaladığımız şərtləri nəzərə alaraq son dərəcə diqqətli və baş verə biləcək qəfil hadisələrə qarşı hazırlıqlı olmağı tələb edir.

Bununla yanaşı, yollarda qayda pozuntularını qeydə alan foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin (radarların) mövcudluğundan yaxud ərazidə dövlət yol polisi əməkdaşlarının xidmət aparıb-aparmamasından asılı olmayaraq, sürücülər bütün hallarda yol hərəkəti qaydalarına, xüsusən də müəyyən olunmuş sürət rejiminə dəqiqliklə əməl etməlidirlər ki, təhlükəsizlik təmin olunsun".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir