Səhər saatlarında Bakının bir sıra küçə və prospektlərində sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:
- Ziya Bünyadov prospekti – Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən əsas yol, 20 Yanvar dairəsi istiqamətində sıxlıq var.
- Bakı-Sumqayıt şosesi – Xırdalan dairəsi istiqamətindən avtovağzal metro stansiyasının yaxınlığına qədər, 20 Yanvar dairəsi istiqamətində sıxlıq var.
- Binəqədi şosesi – əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər şəhər istiqamətində sıxlıq müşahidə olunmaqdadır. Sıxlıq başlayan hissədə heç bir küçə kəsişməsi yoxdur.
- Heydər Əliyev prospekti – əsas yol və köməkçi yol - Koroğlu metro stansiyasını keçdikdən sonra, Bağırov körpüsü istiqaməti, eyni zamanda şəhər mərkəzi istiqamətində sıxlıq var.