Batumidə yaşayış binasının çökməsinin səbəbi açıqlandı: 3 nəfər saxlanıldı

Batumidə yaşayış binasının çökməsinin səbəbi açıqlandı: 3 nəfər saxlanıldı
SOSİAL
10:25 09.10.2021
363
Batumidə yeddimərtəbəli yaşayış binasının çökməsi ilə əlaqədar polis üç nəfəri saxlayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu haqda Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, saxlanılan şəxslərdən biri birinci mərtəbədə yerləşən mənzilin sahibi, digər ikisi isə onun mənzilində təmir-bərpa işləri aparan şəxslərdir.

Məlumatda o qeyd olunub ki, mənzildə təmir-bərpa işləri zamanı təhlükəsizlik qaydalarının ciddi surətdə pozulması binanın çökməsi ilə nəticələnib.
OXŞAR XƏBƏRLƏR