İranın baş qərargah rəisi Moskvaya gedir

SİYASƏT
12:45 16.10.2021
263

İran baş qərargah rəisi Məhəmməd Bagiri Rusiyaya səfər edəcək.

AZXEBER.COM "Azad İran" Telegram kanalına istinadən xəbər verir ki, bunu İranın Rusiyadakı Səfirliyinin hərbi attaşesi Rza Xosrəvi Müqəddəm deyib.

Səfərin Rusiya müdafiə naziri Sergey Şoyqunun dəvəti ilə baş tutacağı vurğulanıb.

Generalın səfər zamanı Rusiyanın rəsmi şəxsləri ilə hərbi sahədə, terrorçuluqla mübarizədə əməkdaşlıq məsələlərini, eləcə də regional və beynəlxalq məsələləri müzakirə edəcəyi bildirilib.

OXŞAR XƏBƏRLƏR