Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı

Ərdoğanın Azərbaycana səfər proqramı açıqlandı
SOSİAL
17:32 25.10.2021
1538
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Bildirilib ki, R.T.Ərdoğan oktyabrın 26-da Azərbaycana bir günlük işgüzar səfər edəcək. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Qeyd olunub ki, Azərbaycan və Türkiyə prezidentləri işğaldan azad olunan Füzuli rayonunda yeni inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəklər.
OXŞAR XƏBƏRLƏR