Hindistanda saxta spirtli içkidən 24 nəfər ölüb

Hindistanda saxta spirtli içkidən 24 nəfər ölüb
DÜNYA
01:33 06.11.2021
320
Hindistanda son iki gündə azı 24 nəfər saxta spirtlidən dünyasını dəyişib.

AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, insident Bihar ştatının spirtli içkilərin satışının rəsmi qadağan olunduğu iki rayonunda baş verib.

Qərbi Çamparan rayonunda 8, Qopalganc rayonunda isə 6 nəfər ölüb.

Bu gün saxta spirtli içki qurbanlarının sayı Qopalganjda 11-ə, Qərbi Çamparanda isə 13-ə çatıb.

Polis hadisənin səbəblərini araşdırır.
OXŞAR XƏBƏRLƏR