Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və İran xarici işlər nazirləri arasında telefon danışığı olub
SİYASƏT
16:07 06.11.2021
358
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı olub.

Bu barədə nazir "Twitter” hesabından etdiyi paylaşımında bildirib.

"İrandan olan hörmətli həmkarımla telefon danışığı oldu. Ona möhkəm cansağlığı və COVID-19-dan tezliklə sağalmağı arzuladım. Biz qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi, regionda sülh və firavanlığa töhfə vermək öhdəliyimizi bir daha bəyan etdik”, - deyə C.Bayramov qeyd edib.
OXŞAR XƏBƏRLƏR